Bu gün avqustun 4-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) avqustun 5-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0004 manat və ya 0,04 faiz artaraq 1,0499 manata yüksəlib.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0077 manat və ya 0,67 faiz azalaraq 1,1405 manat olub.