Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62 faiz artaraq 0,0163 manat səviyyəsində qərarlaşıb
Bu gün noyabrın 18-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə zəifləyib.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) noyabrın 19-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi noyabrın 18-i ilə müqayisədə 0,0004 manat və ya 0,04 faiz azalaraq 1,0506 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə isə, Avrozonanın vahid valyutası 0,0069 manat və ya 0,62 faiz artaraq 1,1252 manata yüksəlib.
Manata nəzərən Rusiya rublu isə 0,0001 manat və ya 0,62 faiz artaraq 0,0163 manat səviyyəsində qərarlaşıb.