Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,63 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb
Bu gün dekabrın 1-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi cüzi azalıb.
“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0002 manat və ya 0,02 faiz azalaraq 1,0511 manat olub.
Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0039 manat və ya 0,35 faiz artaraq 1,1156 manata yüksəlib.
Manata nəzərən Rusiya rublunun məzənnəsi 0,0001 manat və ya 0,63 faiz azalaraq 0,0158 manat səviyyəsində qərarlaşıb.