Avro 0,17 faiz bahalaşıb, dollar 0,01 faiz ucuzlaşıb

Source:

Bu gün avqustun 31-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə bir qədər zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 1-ə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 0,0001 manat və ya 0,01 faiz azalaraq 1,0479 manata enib.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,002 manat və ya 0,17 faiz artaraq 1,1809 manat olub.

Manata nəzərən Rusiya rublu 0,0001 manat və ya 0,01 faiz bahalaşaraq 0,0162 manat olub.

Ana səhifəXəbərlərAvro 0,17 faiz bahalaşıb, dollar 0,01 faiz ucuzlaşıb