Avro 0,05 faiz bahalaşdı

Source:

Bu gün iyulun 28-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) iyulun 29-na olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi 1,0488 manat səviyyəsində qalıb.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0006 manat və ya 0,05 faiz artaraq 1,1621 manat olub.

Ana səhifəXəbərlərAvro 0,05 faiz bahalaşdı