Avro 0,03 faiz bahalaşıb

Rusiya rublu 0,0005 manat və ya 3,09 faiz azalaraq 0,0157 manat olub

Source:


Rusiya rublu 0,0005 manat və ya 3,09 faiz azalaraq 0,0157 manat olub

Bu gün Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə dəyişməyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 2-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi ötən gün olduğu kimi 1,0479 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, manata nəzərən Avrozonanın vahid valyutası 0,0004 manat və ya 0,03 faiz artaraq 1,1813 manat olub.

Manata nəzərən Rusiya rublu 0,0005 manat və ya 3,09 faiz azalaraq 0,0157 manat olub.

Ana səhifəXəbərlərAvro 0,03 faiz bahalaşıb