Bu barədə məlumatı Meydan TV-yə vəkil Elçin Sadıqov verib. Vəkil bildirib ki, Anar Məmmədlinin, Bəşir Süleymanovun, Elnur Məmmədovun işi üzrə Bakı Apellyasiya Məhkəməsində 10 dekabr 2014-cü il tarixli Apellyasiya Məhkəməsinin yekun qərar iclasından verilən kassasiya şikayətinə 26 avqustda Ali Məhkəmədə baxılacaq. Bu barədə bildirişin artıq vəkilə verildiyi qeyd olunub.
Elçin Sadıqov ümid edir ki, Ali Məhkəmə qanuni qərar qəbuıl edib hər üç şəxsə bəraət hökmü çıxaracaq.