Autizmli uşaqlar podiuma çıxdılar

Aprelin 24-də “Boulevard” Hoteldə keçirilən moda nümayişində autizm sindromlu uşaqlar iştirak ediblər. “Birgə və Sağlam” İctimai Birliyi və “Ümid var” Xeyriyyə Cəmiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə autizmli uşaqlar  milli paltarlarla podiumda yer alıblar.

Tədbirdə müğənnilər də çıxış edib. Həmçinin autizmi izah edən qısametrajlı filmlər də göstərilib.

Podiuma çıxan uşaqların valideynləri onları moda nümayişinə hazırlamaq üçün çox əziyyət çəkildiyini deyirlər.

Lalə Nəbiyeva autizm sindromlu uşağın valideyni olmağın çətinliklərindən danışır: “Maddi də çətindir, mənəvi də. İnsan hərdən yorulur. Dözmək olmur bəzən, hərdən də özün-özünə stimul verirsən ki, düzələr, keçər. Yəni ailənin, doğrudan da, imkanı yoxdursa, onun uşağını irəli aparmaq mümkün deyil”.

Ana səhifəVideoAutizmli uşaqlar podiuma çıxdılar