Autizmin müalicəsində heç bir preparatdan istifadə olunmur

Bu cür uşaqlar üçün psixo-pedaqoji tədbirlər görülməlidir

Source:


Bu cür uşaqlar üçün psixo-pedaqoji tədbirlər görülməlidir

“Autizm diaqnozu dünyanın sonu demək deyil. Bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Autizm hansısa mənada ünsiyyət xəstəliyidir”, – bu sözləri Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının assistenti İkram Rüstəmov

amu.edu.az

 saytına müsahibəsində deyib.

İ.Rüstəmov deyir ki, 2013-cü ildə Amerika Psixiatriya Assosiasiyasının diaqnostik təsnifatından sonra Autizm və  bənzəri bir çox sindromların diaqnozunun adı dəyişdirilib: “Məsələn, Asperger sindromu, autizm, dezinteqrativ psixoz, və s. kimi diaqnozlar  qoyulmur. Autistik əlamətlər müşahidə olunan uşaqlara “autistik spektr xəstəlikləri” deyilməyə başlanıldı. Çünki bu uşaqların heç biri digərinə tam bənzəmir və bu səbəbdən də alimlər bir standartlaşmanın qəti əleyhinə çıxır. Ən başlıca simptomu sosial ünsiyyətdə problemlərin yaranmasıdır. Yəni, uşaq öz yaşına uyğun olmayan jestlər edir, mimiklərdən istifadə edir. Göz təmasından qaçır, digər uşaqlarla oynamır, bu və bu kimi digər sosial ünsiyyətin komponentlərində  geriləmə, pozğunluq olur. İkinci əlamət, nitq inkişafının  ləngiməsidir. Üçüncüsü, uşağın maraq dairəsi məhdud olur, daha çox yalnız öz ehtiyacları daxilində olanlara maraq göstərir”.

Həkim bildirir ki, bu növ xəstəliklərin müalicəsində bəzi mütəxəssislər nitqi açan, beyin inkişaf etdirən dərmanlar yazırlar. Amma dünya praktikasında autistik spektr xəstəliklərinin müalicəsi üçün heç bir preparat istifadə olunmur: “Preparatlar daha çox yanaşı problemlərə görə yazılır – məsələn, uşağın aqressiyası, hiperaktivliyi,  yuxu pozuntusu, davranış pozuntusu və s. kimi faktorlar varsa, onları aradan qaldırmaq üçün bunlardan istifadə oluna bilər. Onu da deyim ki, autistik spektr xəstəliyinin  müalicəsi üçün erkən diaqnostika vacibdir. İkincisi, psixo-pedaqoji tədbirlər də görülməlidir. Xüsusi psixo-pedaqoqlar tərəfindən belə uşaqlara ABA terapiyası adlandırılan xüsusi terapiya tətbiq olunur”.

Ana səhifəXəbərlərAutizmin müalicəsində heç bir preparatdan istifadə olunmur