”Atəşə tutulan yerlər demək olar ki, dinc əhalinin yaşadığı yerlərdir”
“Hazırda Tərtərin Qapanlı və Qaradaglı kəndinə erməni ordusu tərəfindən iriçapli silahlardan və top mərmilərindən atəş açılır”.
Məlumatı cəbhə bölgəsində olan fotoreportyor Famil Mahmudbəyli öz Facebook səhifəsində yayıb.
Onun sözlərinə görə, atəş nəticəsində bir neçə ev və əkin sahələri dağıdılıb: “Atəşə tutulan yerlər demək olar ki, dinc əhalinin yaşadığı yerlərdir. Ona görə cəbhəboyu kəndlərdə az sayda sakin qalıb. Azərbaycan Silahlı Qüvvələri tərəfindən artilleriya ilə cavab atəşi verilir.
Yayılan şayiələrə görə, guya Tərtərin Nicat körpüsü dagıdılıb. 1 saat əvvəl həmin körpüdən keçdik. Tərtərin hər iki körpüsü salamatdır”.