DTİHB -in qiymətləndirmə missiyası Bakıya gəlir
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycanda seçkiqabağı vəziyyəti öyrənmək üçün öz qiymətləndirmə missiyasını Bakıya göndərəcək.
Məlumatı “Turan”
yayıb
. Bildirilir ki, missiya Bakıda fevralın 21-22-də olacaq. Missiyanın səfərin yekunlarına dair məruzəsi iki həftə ərzində hazırlanacaq.
Azərbaycanda növbədənkənar prezident seçkiləri aprelin 11-də keçiriləcək. MSK indiyədək prezident olmaq istəyən 13 nəfərin namizədliyinin irəli sürülməsini təsdiqləyib.
Müxalif düşərgədən Müsavat, AXCP, KXCP, REAL, Nida Vətəndaş Hərəkatı, D18 Hərəkatı seçkini boykot edib.