ATƏT seçkinin şəffaf keçirilmədiyini açıqladı, aləm qarışdı

Azərbaycanda 11 aprel növbədənkənar prezident seçkiləri hüquq və azadlıqların məhdudlaşdırıldığı bir mühitdə həqiqi rəqabətin olmadığı şəraitdə keçirilib.

Bu açıqlama ATƏT DTİHB Müşahidə Missiyasının aprelin 12-də keçirdiyi mətbuat konfransında səsləndirilib.

Müşahidə Missiyası :“Seçkilər məhdudlaşdırılmış siyasi mühitdə və həqiqi demokratik seçkilərin şərtləri olan fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində baş verib. Bu zəmində və media da daxil olmaqla plüralizm olmadığı şəraitdə, seçkidə əsl rəqabət yox idi” deyə açıqlayarkən “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Xalq qəzeti”nin əməkdaşı Əliqismət Bədəlov və digərlər etiraz ediblər. Onlar yerlərindən missiya üzvlərinə qışqırmağa başlayıblar. Onlar "Yalan danışmağa son qoyun!", "Bu, doğru deyil!", “Ermənilərin hazırladıqları bəyanatı oxumayın” deyə çığıraraq missiya üzvlərinin oturduqları tribunaya tərəf gediblər. Nəticədə tədbir dayandırılıb və missiya üzvləri zaldan çıxıblar. Bunun ardınca konfransı pozanlar "Qoy, getsinlər, onlar kimdir ki, yalan danışırlar" söyləyiblər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/s7zrsm

Ən çox baxılan