“Hakimiyyətin yol verdiyi istənilən pozuntu araşdırılmalıdır”
“Əfqan Muxtarlı ilə amansız davranma və onun Azərbaycana qaytarılması ilə bağlı vəziyyət hərtərəfli araşdırılmalı və məhkəmə qaydasında baxılmalıdır”.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürösunun (DTİHB) direktoru Mixael Link belə deyib.
“Turan”-ın məlumatına görə, azərbaycanlı Mixael Link jurnalist Əfqan Muxtarlının oğurlanmasından və ona qarşı rəftardan narahatlığını bildirib.
“Hakimiyyətin yol verdiyi istənilən pozuntu və ya hüquq-mühafizə orqanlarının cinayətkar əməlləri araşdırılmalı və belə hərəkətlərdə əli olan hər kəs hüquqi məsuliyyət daşımalıdır”, – DTİHB rəhbəri qeyd edib.
Link vurğulayıb ki, DTİHB bu hadisənin gedişini izləməyə davam edəcək:
“Əgər Əfqan Muxtarlıya qarşı ittihamlar uydurma sübutlara və ya hərəkətlərə əsaslanırsa, hakimiyyət dərhal işi dayandırmalı və onu azad etməlidir”.