Hakimiyyətin hərəkətləri onun öz xalqı qarşısındakı vəzifələri və ATƏT üzvü kimi insan haqları sahəsində götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir
Mayın 27-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Ofisinin direktoru, səfir Janez Lenarcic
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin 5 il yarım azadlıqdan məhrum edilməsi haqqında məhkəmə hökmünü qətiyyətlə pisləyib.
Səfir bildirib ki, bu hökm Azərbaycanda təməl haqların qorunması istiqamətində çalışanların susdurulması kampaniyasının növbəti elementidir.
“Mənim şübhəm yoxdur ki, Anar Məmmədliyə və onun seçki monitorinqi təşkilatına qarşı hakimiyyət tərəfindən əlaqələndirilmiş qısnama və təhdid kampaniyasının ardınca onun məhkum edilməsi və barəsində çıxarılmış hökm onun seçici hüquqlarının qorunması sahəsindəki fəaliyyətinin əngəllənməsi məqsədini güdür” deyə səfir söyləyib. O, bəyan edib ki, bu və bunun kimi hökmlərə Azərbaycanda ölkənin üzərinə öhdəlik kimi götürdüyü hüquq və azadlıqları müdafiə etmək istəyən başqalarına xəbərdarlıq kimi əl atılır”.
Janez Lenarčič bəyanatında bildirib ki, Azərbaycan hakimiyyətinin hərəkətləri onun öz xalqı qarşısındakı vəzifələri və ATƏT üzvü kimi insan haqları sahəsində götürdüyü öhdəliklərlə ziddiyyət təşkil edir.
Seçki Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədli 2013-cü il dekabrın 16-da mənimsəmə, vergidən yayınma, vəzifəsindən sui-istifadə və saxtakarlıq ittihamları ilə həbs edilib.
Qeydiyyatı Ədliyyə Nazirliyi tərəfindən ləğv edilmiş SMDTM, rayon məhkəməsinin 2008-ci ildə təşkilatın sələfi olan Seçki Monitorinqi Mərkəzinin təkrar qeydiyyatı haqqında hökmünün ardınca yaradılmışdı. Həmin iş barədə appelyasiya müraciəti hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır (Azadlıq radiosu).