ATƏT PA da Azərbaycanda seçkilərə müşahidəçi göndərməkdən imtina edib

“Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımıza – Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna məhdudiyyətlər qoyub”

Source:


“Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımıza – Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna məhdudiyyətlər qoyub”

ATƏT-in Parlament Assambleyası Azərbaycanda parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina edib. Bu barədə ATƏT PA prezidenti İlkka Kanerva bildirib. Xəbər assambleyanın saytında yerləşdirilmiş məlumatda yer alır.

Kanerva ötən həftə ATƏT PA-nın daimi komitəsinin iclasında bildirib ki, bu addım Azərbaycana öz müşahidəçilərini göndərməkdən imtina edən ATƏT DTİHB-nin qərarına uyğun olaraq qəbul edilib.

“Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımıza – Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna məhdudiyyətlər qoyub. Nəticədə DTİHB Azərbaycanda nəzərdə tutulmuş müşahidə missiyasını ləğv edib. Mühüm tərəfdaşımız seçkiləri müşahidə edə bilmirsə, biz də bunu etməyəcəyik”, deyə İlkka bildirib.

Ana səhifəXəbərlərATƏT PA da Azərbaycanda seçkilərə müşahidəçi göndərməkdən imtina edib