ATƏT nümayəndəsi Mehman Hüseynovu azad etməyə çağırır

“Qeyri-insani rəftar və işgəncələrə dair istənilən şikayət dərhal araşdırılmalıdır”

Source:
Bloqqer Mehman Hüseynov
Bloqqer Mehman Hüseynov


“Qeyri-insani rəftar və işgəncələrə dair istənilən şikayət dərhal araşdırılmalıdır”

“Azərbaycan hakimiyyətini Mehman Hüseynovu azad etməyə çağırıram. Apelyasiya Məhkəməsində bu qərara yenidən baxılacağına ümid edirəm”.

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunja Mijatovic-in bloger Mehman Hüseynovun həbsi ilə bağlı bəyanatında belə deyilir.

Bəyanat ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) rəhbəri Michael Georg Link-lə birgə verilib.

Burada M.Hüseynov barəsindəki hökm pislənilir və rəsmi Bakı onu dərhal azad etməyə səslənir.

D.Mijatovic diffamasiyanın dekriminallaşdırılması və uzunmüddətli beynəlxalq öhdəliklərini yerinə yetirməsi ilə bağlı Azərbaycan hakimiyyətinə əvvəlki çağırışlarını xatırladıb.

O qeyri-insani rəftar və işgəncələrə dair istənilən şikayətin dərhal araşdırılmalı olduğunu qeyd edib. Bu mənada M.Hüseynovun işi üzrə məhkəmə qərarı narahatlıq doğurur.

“Mehman Hüseynov Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin diffamasiya üzrə iddiası ilə 2 il azadlıqdan məhrum edilib. İddiaya blogerin Nəsimi polisində ona işgəncə verilməsi barədə bəyanatı səbəb olub. Blogerin bədənində zorakılıq izləri olsa da, prokurorluq işgəncə faktı üzrə cinayət işi qaldırmaqdan imtina edib”, – deyə bəyanatın sonunda bildirilir.

Mehman Hüseynov martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il müddətinə azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

Ana səhifəXəbərlərATƏT nümayəndəsi Mehman Hüseynovu azad etməyə çağırır