“Rəsmilər olayları dərhal araşdırmalıdır”
“Bakıda ictimaiyyətə açıq aksiyalarda jurnalistlərin peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllərin yaradılmasını qınayıram. Rəsmiləri bu olayları dərhal araşdırmağa, gərəkli addımlar atmağa çağırıram”.
Bu barədə ATƏT-in Media Ofisinin rəhbəri Harlem Dezirin bəyanatında deyilir.
O qeyd edib ki, medianın, jurnalistlərin ictimaiyyətə açıq olan bütün olayları izləmək, oradan bilgi toplamaq hüququ var.
“Onlar bu hüquqlarını heç bir qorxu, maneə olmadan həyata keçirə bilməlidilər. Oktyabrın 19-20-də Bakıda keçirilən aksiyalarda Meydan TV, Azadlıq Radiosu, Turan Agentliyi, Amerikanın Səsi, Objektiv TV, Azadliq qəzeti, Toplum TV-nin əməkdaşları fiziki və sözlü basqıya məruz qalıblar. Onların qanuni peşə fəaliyyətlərini yerinə yetirməsinə əngəllər yaradılıb”, – bəyanatda deyilir.
Oktyabrın 19-da Bakıda Demokratik Qüvvələrin Milli Şurası aksiya keçirməyə cəhd edilib. Aksiyanın qarşısı hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən alınıb. Aksiya zamanı 60-dan çox insan, o cümlədən
AXCP sədri Əli Kərimli
, mitinqin təşkilat komitəsinin üzvləri saxlanılıblar. Saxlanılanların çoxu sonradan sərbəst buraxılsa da, 11 nəfər 15 sutkadan 60 sutkaya qədər inzibati həbs edilib.
Oktyabrın 20-də
bir qrup insan qadınlara qarşı şiddətə etiraz olaraq aksiya təşkil edib. Bu aksiyanın da keçirilməsinə polis tərəfindən imkan verilməyib.
Hər iki aksiya zamanı polis jurnalistlərin fəaliyyətinə mane olan hərəkətlər edib.