“Ukraynan
ı
n c
ə
nub-
şə
rqind
ə
v
ə
ziyy
ə
tin nizamlanmas
ı
na Rusiyan
ı
n separat
çı
lar
ı
ə
ng
ə
l t
ö
r
ə
dirl
ər
”
İyulun 1-də Bakıda ATƏT PA-nın plenar iclasında Ukraynada vəziyyətlə bağlı üçsaatlıq müzakirələrdən sonra Helsinki prinsiplərinin Rusiya Federasiyası tərəfindən kobud pozulmasına dair qətnamə qəbul edilib.
Sənədi amerikalı senator Bencamin Kardin təqdim edib.
Rusiya nümayəndə heyəti hər vəchlə qətnamənin qəbulunun əleyhinə çıxıb. Əsasən rusiyalı deputat Aleksey Puşkov ATƏT prinsiplərinin tətbiqində ikili standartların olduğunu bildirib.
O deyib ki, Krımın Rusiyaya birləşdirilməsini pisləyən ATƏT eyni zamanda Kosovo məsələsində Serbiyanın mövqeyini dəstəkləməyib.
Puşkovun fikrincə, Ukraynanın cənub-şərqində gərginlik ona görə artıb ki, bu vilayətlərin sakinlərinin federallaşma haqda tələbləri eşidilməyib.
Öz növbəsində ukraynalı deputat Aleksandr Stoyan deyib ki, Ukraynanın cənub-şərqində vəziyyətin nizamlanmasına Rusiyanın separatçıları əngəl törədirlər. “Əgər separatçılara kənardan dəstək olmasaydı bu münaqişə çoxdan həllini tapardı. Onlara silah və maliyyə yardımının göstərilməsinə son qoyulmalıdır”.
A.Stoyan assambleyanı Ukraynanın Donetsk və Luqansk vilayətlərində separatçılara dəstəyin son qoyulmasının Rusiyadan tələb edilməsilə bağlı aydın mövqenin hazırlanmasına çağırıb.
Müzakirə iştirakçılarının əksəriyyəti Krımın Rusiya tərəfindən anneksiyasını, silahlı separatçıların dəstəklənməsini pisləyiblər və qətnamənin lehinə olublar.
Bundan əlavə, sənədə bir sıra düzəlişlər edilib. Bunlar Rusiyanın Ukraynaya qarşı hərəkətlərinin tənqidinin sərtləşdirilməsini, Şimali Baltik regionuna hərbi təxribat uçuşlarına son qoyulmasını, qoşunların Baltik ölkələri sərhədindən geri çəkilməsini, Latviya, Litva və Estoniyanın rusdilli əhalisi arasında pozuculuq fəaliyyətinə son qoyulmasını tələb edir.
Səsvermənin yekunlasına əsasən qətnamə qəbul edilib.
Assambleya hesab edir ki, 2014-cü il martın 16-da Krımda keçirilmiş referendum qeyri-legitimdir və qanunsuz aktdır, nəticələrinin heç bir hüquqi qüvvəsi yoxdur.
Qətnamə layihəsində Rusiyanın nəzarətində olan qüvvələrin Ukraynaya silahlı müdaxiləsi ilə bağlı təəssüf ifadə olunur.
Sənəddə RF “Ukraynaya müdaxiləyə son qoymağa, öz hərəkətlərini Ukrayna və ATƏT ölkələri ilə münasibətlər çərçivəsində Helsinki prinsiplərinə uyğun qurmağa çağırılır”.
Bununla yanaşı ATƏT PA-nın sessiyasında RF, Ukrayna və digər ölkələrin nümayəndələrinin iştirakı ilə “Bakı qrupu” yaradılıb. Məqsəd parlamentlərarası dialoqun təşkili və Ukraynanın cənub-şəqrində vəziyyətin normallaşmasına yardım göstərilməsidir.