“ATƏT məkanında jurnalistlərin müdafiəsi gücləndirilməlidir”

Dunya Miyatoviç Elmar Hüseynovun qətlinin ildönümü ilə bağlı bəyanat yayıb

Source:


Dunya Miyatoviç Elmar Hüseynovun qətlinin ildönümü ilə bağlı bəyanat yayıb

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Azərbaycanlı redaktor Elmar Hüseynovun qətlinin 10-cu ildönümü ilə bağlı bəyanat yayıb.

“ATƏT məkanında jurnalistlərin müdafiəsi gücləndirilməlidir. Regionda jurnalistlərə hücumlar və təzyiqlər artmaqda davam edir, eyni zamanda belə faktların araşdırılması nəticə vermir”, deyə bəyanatda bildirilir.

Bəyanatda qeyd olunur ki, “Monitor” jurnalının təsisçisi və redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də qətlə yetirilib. Bundan əvvəl Hüseynov özü və jurnal daim məqalələrinə görə təzyiqə və hədələrə məruz qalıb. Elmarın qatili indiyədədək azadlıqdadır.

Miyatoviç bütün ATƏT ölkələrini jurnalistlərə qarşı hücumlar araşdırmağa çağırıb: “Bu dəhşətli cinayətlər kəskin şəkildə pislənməli və onların qarşısının alınması üçün tədbirlər görülməlidir”.

Ana səhifəXəbərlər“ATƏT məkanında jurnalistlərin müdafiəsi gücləndirilməlidir”