ATƏT: Leyla Yunusun azadlığa buraxılması müsbət və çox humanist jestdir

DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır

Source:


DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Maykl Corc Link Leyla Yunusun səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxılmasını alqışlayır.

APA-nın xəbərinə görə, bu barədə qurumun saytında məlumat yerləşdirilib.

“Leyla Yunusun bu gün azadlığa buraxılması müsbət və çox humanist jestdir. DTİHB insan haqları ilə bağlı məsələlərdə Azərbaycan hakimiyyət nümayəndələri ilə konstruktiv müzakirələri davam etdirməyə hazırdır,” – deyə M. Corc bildirib.

Ana səhifəXəbərlərATƏT: Leyla Yunusun azadlığa buraxılması müsbət və çox humanist jestdir