ATƏT-in nümayəndəsi “Real TV”-ni qınayıb

“Belə şeylər ciddi narahatlıq doğurur, bunlar təhlükəli və qeyri-etikdir”

Source: Meydan TV


“Belə şeylər ciddi narahatlıq doğurur, bunlar təhlükəli və qeyri-etikdir”

ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Arlem Dezir jurnalistin şəxsi həyatına müdaxiləyə və təhqir məzmunlu verilişin efirə buraxılmasına görə “Real TV” telekanalını pisləyib.

“Belə şeylər ciddi narahatlıq doğurur, bunlar təhlükəli və qeyri-etikdir. Bu, həmçinin jurnalistin şəxsi toxunulmazlıq hüququnu pozur”, – A.Dezir “Twitter” hesabında yazıb.

Söhbət sözügedən telekanalın rəhbəri Mirşahin Ağayevin müəllif proqramından gedir. O, ABŞ-da yaşayan jurnalist Sevinc Osmanqızını heç bir fakt gösətrmədən Amerikanın xüsusi xidməti ilə əməkdaşlıqda və dövlət maraqlarına xəyanətdə ittiham edib.

M.Ağayev həmçinin S.Osmanqızının şəxsi yazışmasını efirə verərək onu əxlaqsız davranışda ittiham edib.

Ana səhifəXəbərlərATƏT-in nümayəndəsi “Real TV”-ni qınayıb