İlham Əliyev ölkə gənclərinin bir qrupu ilə görüşüb
“Ermənistanın danışıqlar prosesində vaxt uzadır, ATƏT-in Minsk qrupu isə məsələnin həllinə yox, dondurulmasına çalışır”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezident İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşü zamanı deyib.
Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu deyən dövlət başçısı qeyd edib ki, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Əliyev deyib ki, Azərbaycanda 1990-cı illərin əvvəllərindəki problemlərin əsas hissəsi hakimiyyət böhranı ilə əlaqədar idi. O dövrdə AXC-Müsavat hakimiyyəti xalq üçün böyük bəla idi. Zorla hakimiyyətə yiyələnən bu qüvvələr torpaqlarımızın bir hissəsinin işğalında rol oynayıblar. Bu şəxslərin hakimiyyətə gəldikdən sonra bir-biriləri ilə mübarizə aparırdı, vəzifədən getdikdən sonra isə bəziləri qaçıb gizləndi. 1993-cü ildə Heydər Əliyev gələndən sonra ölkədə vəziyyət normallaşdı. Heydər Əliyevin xidmətləri sayəsində “Əsrin müqaviləsi”nin imzalanması bir çox xarici qüvvələri hərəkətə gətirdi, onlar Azərbaycanda dövlət çevrilişlərinə cəhd etdilər, amma ulu öndər xalqın köməyi ilə vəziyyəti aradan qaldırdı”.