“Bu mandatın bitməsi ilə bağlıdır, başqa məslələrlə bağlı deyil”
Aleks Şahtaxtinskinin ATƏT-in Azərbaycan nümayəndəliyinin rəhbəri kimi fəaliyyəti dayandırılmışdır. Bu qeydi twitter-dəki mikrobloqunda Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov yazıb.
“Mən Şahtaxtinskinin mandatının dayandırıldığı haqqında məlumat aldım”, – deyə Məmmədov bildirib.
Bir müddət sonra Məmmədov buna Şahtaxtinskinin Azərbaycan rəhbərliyi ilə birgə fotoşəklinin səbəb olduğu haqqında yeni qeyd yazıb.
“ABŞ-ın ATƏT-də xüsusi nümayəndəsi Daniel Bayer Şahtaxtinskini buna görə qınayıb, bu da əsas səbəb olub”, Məmmədov belə hesab edir. Daha sonra o, istehza ilə yazır ki, Şahtaxtinski Bayerlə fotoşəkil çəkdirsəydi, yəqin ki, bu, onun karyerasına kömək edərdi.
ATƏT-in ofisindən “Turan İA”ə bildiriblər ki, Şahtaxtinskinin səlahiyyət müddəti həqiqətən başa çatıb. Eyni zamanda, ofisdə Məmmədovun Daniel Bayerin ifadələri haqqında iradlarını şərh etməyiblər.
“Mən sizin iki fotonuzu gördüm, biri prezident Əliyevlə, digəri xarici işlər naziri ilə. Lakin vətəndaş cəmiyyəti ilə fotonuzu görmədim. Sadəcə, sizə xatrlatmaq istərdim ki, sizin çalışdığınız ölkələrin hökumətləri ilə məsləhətləşmələriniz sözsüz ki, işinizin mühüm hissəsidir. Ancaq siz bizim hamımız üçün işləyirsiniz və siz bu qurumun əsasını təşkil edən prinsiplər üzrə çalışırsınız. Sizin şefiniz Azərbaycan hökuməti deyil”, – Baer 2014-ci ilin iyul ayında Vyanada ATƏT-in Daimi Şurasının iclasında vurğulayıb.
Azərbaycan beynəlxalq arenada öz üzərinə böyük məsuliyyət götürməyə can atır. ABŞ ATƏT-in vasitəsilə “insan hüquq və azadlıqlarının müdafiəsi, ölkədə demokratiyanın inkişafı məqsədilə” Bakı ilə əməkdaşlığa sadiqdir”, – o qeyd edib. O xatırladıb ki, ATƏT layihələrinin koordinatoru “ATƏT prinsiplərinin dəstəklənməsi üçün Azərbaycan xalqı və hökuməti ilə iş üzrə xüsusi məsuliyyət daşıyır. Bu, ilk növbədə insan hüquq və azadlıqlarına, vətəndaş cəmiyyəti ilə güclü əlaqələrin dəstəklənməsinə aiddir”.
“Daimi Komitənin 1092 saylı qərarı ilə ATƏT layihələrinin koordinatorunun mandatı ofisi vətəndaş cəmiyyəti ilə əlaqələri dəstəkləməyə çağırır, o cümlədən konkret layihələrdən kənar əlaqələri. Biz sizi ATƏT-in fəaliyyətinin məhdudlaşdırılması cəhdlərini nəzərə alaraq öz mandatınıza riayət etməyə çağırırıq. Bu, əsasən layihələrin təsdiqlənməsi prosedurunun sərtləşdirilməsi fonunda baş verir. Bütün bunlar ATƏT-in Azərbaycana lazımi dəstək göstərməsinə mane olur ki, bu da yolverilməzdir”, – Baer bildirib.
Ancaq ATƏT-in Vyana ofisindən “Turan İA”a bildiriblər ki, Aleksis Şahtaxtinskinin missiyası mayın 31-də başa çatıb: “Bu mandatın bitməsi ilə bağlıdır, başqa məslələrlə bağlı deyil”.
Fransalı diplomat Aleksis Şahtaxtinski ATƏT layihələrinin koordinatoru postunda 2014-cü il martın 1-dən çalışırdı.
2013-ci ildə Azərbaycan hökuməti ATƏT ofisinin mandatının layihələrin koordinatoru səviyyəsinə endirilməsini tələb edib. Halbuki, Vaşinqton bunu etməməyə çağırmışdı.