ATƏT-də Azərbaycandakı vəziyyətlə bağlı müzakirə aparılıb

Daniel Bayer: “Vətəndaş cəmiyyətinin boğulması təkcə hüquq məsələsi deyil, ölkənin təhlükəsizliyi məsələsidir”

Source:

Daniel Bayer: “Vətəndaş cəmiyyətinin boğulması təkcə hüquq məsələsi deyil, ölkənin təhlükəsizliyi məsələsidir”

Azərbaycanda vətəndaş hüquq və azadlıqlarının pozulması məsələsi Vyanada ATƏT-in Daimi Şurasının iclasında müzakirə mövzusu olub.

Diplomatik mənbələrdən Turan-a daxil olan məlumata görə, Avropa İttifaqı, Kanada, ABŞ və digər ölkələrin nümayəndələri Azərbaycandakı vəziyyət haqqında məsələ qaldırıblar. Buna cavabda Azərbaycan nümayəndəsi pozuntu faktlarını təkzib edərək, söhbətin ayrı-ayrı hallardan getdiyini bildirib.

Buna cavabda ABŞ-ın ATƏT-də daimi nümayəndəsi Daniel Bayer bəyanatla çıxış edib. O, bunun “cəmi bir neçə hal” olduğu haqqında iddianı təzib edib. Əslində bu, Azərbaycanda bir çox digər vətəndaş hüquq və azadlıqlarının pozulması faktlarının zirvəsidir.

“Vətəndaş cəmiyyətinin boğulması təkcə hüquq məsələsi deyil, ölkənin təhlükəsizliyi məsələsidir”, deyə o bildirib.

Bayer həmçinin bildirib ki, Azərbaycanda hüquq və azadlıqların boğulması ikitərəfli münasibətlərə də təsir edir, onları çətinləşdirir. Bundan başqa, ATƏT-ə üzvlük müəyyən öhdəliklərin qəbul edilməsi deməkdir, onların pozulması və ya onlara məhəl qoyulmaması “hörmətsizlik əlamətidir və ikitərəfli münasibətlərə mənfi təsir göstərir”, deyə o qeyd edib.

Ana səhifəXəbərlərATƏT-də Azərbaycandakı vəziyyətlə bağlı müzakirə aparılıb