ATƏT 1 noyabr seçkilərini müşahidədən imtina etdi

ATƏT DTİHB-in rəhbəri: “Azərbaycan tərəfin qoyduğu tələb bizi seçkilərin müşahidəsini aparmaqdan imtinaya məcbur etdi”

Source:


ATƏT DTİHB-in rəhbəri: “Azərbaycan tərəfin qoyduğu tələb bizi seçkilərin müşahidəsini aparmaqdan imtinaya məcbur etdi”

ATƏT Azərbaycanda qarşıdan gələn parlament seçkisini müşahidə etməkdən imtina edir. Bu barədə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Mixail Link bəyanat verib.

Onun bəyanatında deyilir ki, Azərbaycan hakimiyyətinin ölkədə noyabrın 1-də keçiriləcək seçkiləri müşahidə edəcək şəxslərin sayı ilə bağlı məhdudiyyət qoyması bu prosesin müşahidəsini mümkünsüz edir.

“Azərbaycan hakimiyyətinin müşahidəçilərlə bağlı irəli sürdüyü məhdudlaşdırıcı tələb keyfiyyətli şəkildə seçki müşahidəçiliyinə imkan vermir. Dərin təəssüf hissi ilə bildirirəm ki, Azərbaycan tərəfinin qoyduğu tələb bizi seçkilərin müşahidəsini aparmaqdan imtinaya məcbur etdi. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayı ilə bağlı məsələdə təkid etməsi ölkənin ATƏT qarşısında seçkilərlə bağlı götürdüyü öhdəliklərə, eyni zamanda Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə mandatının prinsiplərinə ziddir”, – deyə bəyanatda bildirilir.

Ana səhifəXəbərlərATƏT 1 noyabr seçkilərini müşahidədən imtina etdi