Atəşkəs pozulub, azərbaycanlı sərhədçi yaralanıb

DSX-nın məlumatında bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Source: Foto: DSX


Əsgərin həyatı üçün təhlükə olmadığı deyilir

İyulun 18-də Ermənistan Silahlı Qüvvələri ilə təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində Dövlət Sərhəd Xidmətinin bir əsgəri yaralanıb.


Dövlət Sərhəd Xidməti

nin (DSX) məlumatına görə, hadisə gecə saat 00:20-də baş verib.

DSX-nın məlumatında bildirilib ki, Ermənistanın Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iri çaplı silahlardan Qazax rayonunun II Şıxlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsinin mövqeləri atəşə tutulub.

Hadisə zamanı Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” sərhəd dəstəsinin sərhəd döyüş məntəqəsində dö yüş növbəsində xidmət aparan əsgər Ceyhun Bayramov yaralanıb. Sərhədçi əsgərə dərhal tibbi yardım göstərilib və hazırda həyatı üçün təhlükə yoxdur.

Məlumata görə, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev hadisə yerində olub, sərhəd döyüş məntəqəsinin şəxsi heyəti ilə görüşüb və xidməti-döyüş fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində müvafiq tapşırıqlar verib.

Ermənistan mətbuatı hadisə barədə məlumat yaymayıb.

Ana səhifəXəbərlərAtəşkəs pozulub, azərbaycanlı sərhədçi yaralanıb