“”Atəşgah” Siğorta Şirkəti pulumu vermir”

“Şirkətin direktoru məndən qanunsuz olaraq 5000 manat istəyir”

Source:


“Şirkətin direktoru məndən qanunsuz olaraq 5000 manat istəyir”

Ağdaş rayonu sakini Əhməd Hüseynov “Atəşgah” Siğorta Şirkətindən şikayətçidir.  Problemini Meydan TV-yə danışan Əhməd Hüseynovun sözlərinə görə, qurumun direktoru qanunsuz olaraq ondan 5000 manat  tələb edir:

“Avtomobil qəzasında mənə dəymiş 14000 (on dörd min ) manat kompensasiyamı özümə versinlər. Mən isə buna razı olmadığım üçün indiyə qədər kompensasiyamı ala bilməmişəm”.  Şikayətçinin sözlərinə görə, 19 may 2015-ci ildə  Ağdaş rayonunun Ləki kəndi ərazisində Əhməd Hüseynovun idarə etdiyi  “Kia ”  markalı “44 BR 939” dövlət nömrə nişanlı avtomobillə qarşı tərəfdən gələn “Mersedes” markalı, “90 VT 771” nömrəli avtomobil toqquşub: “Qəza nəticəsində avtomobilə ciddi zərər dəyib. Zərərin məbləğinin 14000  manat olmasına dair  mütəxəsis rəyi verildi və həmin sənədləri avtomobilimi kaska sığorta etdiyim “Atəşgah ” Sığorta Şirkətinə təqdim etdim.” Atəşgah” Sığorta  Şirkətinin rəhbərliyi mənə bildirdi ki, bu şərtlə 14000 manatı sənə ödəyəcəyik ki, 5000 manatı bizim olacaq. Mən buna razı olmadığım üçün indiyə qədər süründürməçiliyə məruz qalmışam. Bütün qanunu sənədlərim var”.

Əhməd Hüseynovun sözlərinə görə, Maliyyə Nazirliyinin yanında Sığorta Nəzarəti Ağentliyinə etdiyi müraciət əsasında araşdırma aparılıb və  avtomobil qəzası nəticəsində siğorta hadisəsi olması, dəymiş zərərin  ödənilməsi barədə təqdimat da göndərilib. Şikayətçi deyir ki, təqdimatda icra vaxtı 5 gün göstərilsə də, indiyə qədər icra edilməyib:

“”Atəşgah ” Sığorta Şirkəti indiyə qədər müraciətlərə heç bir rəsmi cavab  verməyib. Bu korrupsiyaya qurşanmış ” Atəşgah” Sığorta Şirkəti əhalini yalançı reklamlarla aldadıb, cibini soymaqla məşğul olur ki, bunun qarşısı alınmalı, onların barəsində qanunu tədbirlər görülməlidir. Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, maliyyə naziri Samir Şərifova, baş prokuror Zakir Qaralova müraciət edib, xahiş edirəm, “Atəşgah”  Sığortanın rəhbərliyi barəsində qanunu tədbirlər görsünlər. Əhalidən isə “Atəşgah”  Sığorta Şirkətinə inanmamağa xahiş edirəm, bu şirkət saxtakarlıqla əhalinin cibini soyur”.

Məsələ ilə baglı “Atəşgah” Siğortadan Meydan TV-yə Əhməd Hüseynovun şikayətinin həqiqətə uyğun olmadığını bildirilib.

İqtisadçı ekspert Əkrəm Həsənov Meydan TV-yə bildirib ki, qanuna görə dəymiş ziyan siğorta şirkəti tərəfindən ödənilməlidir:

“Siğorta məsələlərində öncə müqaviləyə baxmaq lazımdır. Əgər müqavilədə inzibati orqanlarla bağlı bənd varsa, siğorta şirkəti gözləyə bilər”.  Ekspert sözlərinə görə, qəza nəticəsində dəymiş ziyanı tərəflər özü müəyyənləşdirir. Tərəflər arasında anlaşılmazlıq olarsa, iş məhkəmədə həll olunmalıdır. Əkrəm Həsənov əlavə edir ki, vətəndaşlar belə vəziyyətlərdə müqavilə bağlayarkən çox diqqətli olmalıdırlar:

“Siğorta şirkətləri müqavilə bağlayarkən bir çox hala görə  məsuliyyət daşımadıqlarını bildirirlər. Siğorta müqaviləsində dəqiq qeyd olunmalıdır ki, avtomobilə zərər dəydikdə hara aparacaqlar. Çünki eyni maşına bir çox halda fərqli məbləğdə ziyan dəydiyini bildirirlər”.

Ana səhifəXəbərlər“”Atəşgah” Siğorta Şirkəti pulumu vermir”