Atasız azadlıqda (VİDEO)


Şahin Novruzli azadlığa çıxan kimi yoldaşlarından fərqli olaraq Fəxri Xiyabana deyil, öz atasının məzarını ziyarətə yollandı.

Bu gün əfv olunanlar sırasında Azərbaycan Sülh və Demokratiya İnstitusu, Amenisty İnternational Təşkilatının dünyanın ən gənc siyasi məhbusu kimi tanıdığı 19 yaşlı Şahin Novruzlu da vardı. 1995-ci il təvəllüdlü gənc həbs olunanda Odlar Yurdu Universitetinin maliyyə fakültəsində təhsil alırdı.

2013-cü ilin fevralında NİDA Vətəndaş Hərəkatına qoşulub. 07 mart 2013-cü il tarixində Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən küçədə saxlanılıb. Özü və ailəsi onun həbsini siyasi düşüncələri ilə əlaqələndirib. O, 2014-cü ilin iyul ayında ölkə başçısına müraciət edərək, əfv olunmasını istəmişdi. Oktyabrın13-ü atası İbrahim Novruzov dünyasını dəyişsə də, ona atasının dəfnində iştiraka izin verilmədi. Şahin Novruzlu yalnız bu gün – atasının ölümündən təxminən bir həftə sonra azadlığa çıxdı. Atası İbrahim Novruzluya isə bu günü görmək nəsib olmadı. Əfv olunması ilə bağlı buraxılış vərəqəsi alarkən, çox gərgin görünən Şahin Novruzlu keçmiş “Nida”çı dostları Bəxtiyar Quliyev və Elsəvər Mürsəllidən fərqli olaraq, həbsxanadan birbaşa mərhum prezident Heydər Əliyevin qəbrini ziyarət etməkdən imtina etdi. O, mətbuata heç bir açıqlama vermədən, birbaşa öz atasının qəbri üstünə yollandı. Daha sonra isə evinə gələrək, onun yolunu gözləyən dostlarıyla görüşdü.

Ana səhifəVideoAtasız azadlıqda (VİDEO)