Atası: Mehman Hüseynov aclığı dayandırmayıb

Mehman Hüseynovun bu gün yayılan fotosu

Mehman Hüseynovun bu gün yayılan fotosu

Mehman Hüseynov: “İttihamlar uydurma vә yalandır”

2 il azadlıqdan məhrum edilmiş bloger Mehman Hüseynovun atası Rafiq Hüseynov yanvarın 8-də Bakı İstintaq Tәcridxanasında oğluyla görüşüb.

Rafiq Hüseynov Meydan TV-yə deyib ki, Mehman Hüseynovla bir saatdan çox söhbət ediblər:

“Mehman aclığı dayandırmayıb, halsız vә zәif görünürdü. Mәn ondan qida qәbul etmәyini xahiş etdim. Ona meyvә vә başqa yemәklәri aldım, xahiş etdim ki, hamsını yesin. Bilmirәm, mәnә qulaq asacaq ya yox”.

Rafiq Hüseynov bildirib ki, Mehman Hüseynov nәzarәtçini döymәdiyini söylədi:

“Hәmin zaman mәn orda olmamışam, başqa yerdә çay içirdim. İttihamlar uydurma vә yalandır, Mehman belə dedi”.

Rafiq Hüseynov müәssisә rəhbərliyinin onu yaxşı qarşıladığını bildirib:

“Müəssisə rәhbәri söz verdi ki, gәlәcәkdә bizim görüşlәrimizә mane olmayacaq”.

Atası qeyd etdi ki, İstintaq Tәcridxanasında Qırmızı Xaç Beynәlxalq Komitәsinin nümayәndәlәrini görüb:

“Çox güman ki, onlar Mehmanla görüşә gәliblәr”.

Mehman Hüseynovun bu gün yayılan fotosu

Mehman Hüseynovun bu gün yayılan fotosu

Hazırda məhbus həyatı yaşayan və azadlığına iki ay qalmış bloger Mehman Hüseynova qarşı yeni cinayət işi açılıb.

Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.

Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.

Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Yeni cinayət işinə etiraz əlaməti olaraq Mehman Hüseynov aclıq elan edib. 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/8gymjc

Ən çox baxılan