Atambayev rus hava bazasından özəl təyyarə ilə Moskvaya gedib

Atambayevin aparıcı üzvü olduğu Sosial Demokrat Partiyasının mətbuat katibi Kunduz Coldubaeva 24 iyulda “Facebook” səhifəsində Atambayevin Bişkek yaxınlığında yerləşən Rusiya hava bazasından bir neçə həmkarı ilə birlikdə Moskvaya yüksək səviyyəli toplantıya getdiyini yazıb.

Source:


Atambayevi Moskvaya kimin dəvət etdiyi məlum deyil

2011- 2017-ci illərdə hakimiyyətdə olmuş və bu zaman kəsiyində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək beş cinayət işi ilə üz-üzə qalan Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev ölkəni özəl jetlə tərk edib.

Azadlıq Radiosu xəbər verir ki, Atambayevin jeti ölkədəki rus hərbi bazasından hərəkət edərək, keçmiş prezidenti Moskvaya aparıb. Atambayevin aparıcı üzvü olduğu Sosial Demokrat Partiyasının mətbuat katibi Kunduz Coldubaeva 24 iyulda “Facebook” səhifəsində Atambayevin Bişkek yaxınlığında yerləşən Rusiya hava bazasından bir neçə həmkarı ilə birlikdə Moskvaya yüksək səviyyəli toplantıya getdiyini yazıb.

"Dəvət edən tərəf [Rusiya] RusJet hava şirkətindən xüsusi təyyarə göndərib. Təyyarənin növü RRJ-95B-dir,"- Coldubaeva yazıb.

Üç dəfə Daxili İşlər Nazirliyinin istintaq üçün çağırışına məhəl qoymayan Atambayevi Moskvaya kimin dəvət etdiyi məlum deyil. İyulun 22-də Qırğızıstanın daxili işlər nazirinin müavini Mirlan Kanimetov Atambayevin yaşadığı kompleksə gələrək keçmiş prezidentin niyə çağırış sənədlərinə məhəl qoymaması ilə bağlı izahat istəyib.

Atambayevə istinadən Coldubayeva deyib ki, o, həm çağırış vəsiqələrini, həm də onu toxunulmazlıqdan məhrum edən 27 iyun parlament səsverməsini qanunsuz hesab edir.

Atambayev daha sonra bildirib ki, Moskvadakı naməlum şəxslərin dəvəti ilə iki günlük Rusiyaya səfər etməyi planlaşdırır.

Atambayev vəzifədə olarkən cinayətkarlıq, korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə və özünü qeyri-qanuni zənginləşdirmək kimi cinayətlərlə üzləşir. O, bütün ittihamları rədd edir və onların siyasi motivli olduğunu deyir. Qırğızıstan qanunvericiliyinə görə, iki çağırışa riayət etməkdən imtina edən şəxs sorğu-sual üçün həbs edilə bilər. Lakin Bişkekdəki səlahiyyətlilər indiyə qədər keçmiş prezidentə qarşı belə bir addım atmağa cəhd etməyiblər.

Atambayevin vəkili Sergey Slesarev deyib ki, mayda Qırğızıstanın keçmiş prezidentlərinin toxunulmazlığı ilə bağlı qanuna edilən dəyişikliklər konstitusiyaya ziddir. Qırğızıstanın millət vəkilləri Atambayevin toxunulmazlığını əlindən almaq və onun mühakiməsinə yol açmaq üçün qanuna dəyişikliyə çoxluqla səs veriblər.

Atambayev 27 iyun tarixli parlament səsverməsindən sonra vaxtının çoxunu Koi-Tash yaşayış kompleksində keçirir. O, evində silah saxladığını açıq şəkildə bildirib.

Ana səhifəDünyaAtambayev rus hava bazasından özəl təyyarə ilə Moskvaya gedib