''Atam da, babam da göyərçin saxlayıb''

Avtobus sıx yollar və dalanlarla Bakının Əmircan kəndinə gedir.

Avtobus sıx yollar və dalanlarla Bakının Əmircan kəndinə gedir.

Əmircanlı Quşbaz Faiq hər ay qazancının bir hissəsini göyərçinlərə xərcləyir

Bakının Əmircan kəndində hamı onu Quşbaz Faiq kimi tanıyır. Uşaqlıqdan göyərçinlərə marağı olub. Dediyinə görə, atası və babası da göyərçin saxlayıb. Faiq dayı göyərçinlərsiz yaşaya bilmir. Səbəb isə göyərçinlərə daxilən bağlanmasıdır. Hazırda təqaüddə olsa da, günün çox hissəsini bu göyərçinlərlə keçirir.

Əmircanda quş saxlayanlar arasında belə bir razılıq əldə olunub ki, əgər hansısa bir göyərçin azıb qonşunun göyərçinlərinə qoşularsa, həmin qonşu tutduğu göyərçini öz sahibinə verməlidir. Digər Bakı kəndlərində bu qanun hələlik işləmir: "Hər ay təxminən 4-5 quş azıb Əmircandan keçəndə mən də öz quşlarımı göyə qaldırıram ki, xam göyərçin mənim göyərçinlərimə qoşulsun. Daha sonra yerə enəndə də onu tutub öz göyərçinlərim kimi bəsləyirəm. Ayda 30-40 manat göyərçinlərin yemlərinə xərcləyirəm. Hələ dərman və vitaminləri də nəzərə alsaq, ümumilikdə 60-70 manat pul xərclənir".

Faiq dayı deyir ki, bu göyərçinlər də insan kimidir. Necə ki, insana vitamin, dərman, yeməklər və s. lazımdır, bu quşlara da o cür qida və dərmanlar lazım olur: "Bir gün elə olmuşdu ki, göyərçinlərimin biri xəstələnmişdi, bu xəstəlik digər quşlara da keçdi. Bir gündə 10-15 göyərçin öldü. Ona görə yem və dərman alanda çalışıram keyfiyyətlisini alım ki, sonradan problem olmasın".

Göyərçinlərin satılmasına gəldikdə isə onların havada çox qalması qiymətlərini artırır: "Məndə elə göyərçinlər var ki, 10-12 saat havada qalır. Hətta bir neçəsi havadaca fırlanır. Bu cür detallar göyərçinin qiymətini dəyişdirir".

Qiymətlər də 100 manatdan başlayıb 300-400 manata kimi davam edir.

''Hər səhər yuxudan duranda və axşam yatmağa gedəndə göyərçinlərin yuvalarına baxıb, hər şeyin qaydasında olduğunu görəndən sonra gedirəm''

''Hər səhər yuxudan duranda və axşam yatmağa gedəndə göyərçinlərin yuvalarına baxıb, hər şeyin qaydasında olduğunu görəndən sonra gedirəm''

''Quşların yuvalarını dərmanlayıram ki, onlara mikrob düşməsin''

''Quşların yuvalarını dərmanlayıram ki, onlara mikrob düşməsin''

''Yeni rəng quş almaq üçün bəzən müxtəlif rəngli quşları bir yerə qoyuram ki, cütləşdikdən sonra alınan bala tamam fərqli olsun''

''Yeni rəng quş almaq üçün bəzən müxtəlif rəngli quşları bir yerə qoyuram ki, cütləşdikdən sonra alınan bala tamam fərqli olsun''

''Hər gün 4-5 dəfə yem verirəm''

''Hər gün 4-5 dəfə yem verirəm''

''Yem alanda belə çalışıram keyfiyyətlisini alım ki, sonradan göyərçinlər zəhərlənməsin''

''Yem alanda belə çalışıram keyfiyyətlisini alım ki, sonradan göyərçinlər zəhərlənməsin''

 

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/zcu9td

Ən çox baxılan