Vlogerə qarşı hansı ittihamın irəli sürüldüyü açıqlanmayıb
Azərbaycan hakimiyyətini dəstəkləyən paylaşımlar edən vloger Ata Abdullayevin həbs olunması barədə yayılan məlumatlar rəsmən təsdiq olunub.
Baş Prokurorluğun mətbuat xidmətindən Meydan TV-yə Ata Abdullayevin saxlandığı təsdiqlənsə də, ona qarşı irəli sürülmüş ittihamın nədən ibarət olduğu açıqlanmayıb.
Meydan TV-nin əldə etdiyi məlumata görə, o, martın 12-də Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindəm saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə cinayət işinin başlandığı bildirilir.
Ata Abdullayev bir neçə il əvvəl də keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən onlayn qaydada kartlardan oğurluğa görə həbs olunmuşdu. O zaman ona şərti cəza verilmişdi.