Astaranın Siyakü kəndində asfalt yol, qaz xətti və internet yoxdur. Kəndə çəkilən elektrik xətti isə nazik taxta dirəklərinə bağlandığı üçün həm çox zəifdir, həm də yağış, qar yağdıqda dağılır. Siyakü kəndinə yaşayanların böyük bir qismi Astaranın daha ucqar kəndlərindən gələnlərdir. Sakinlər deyir ki, icra hakimiyyətinə müraciət etdikdə onları ya yola verilirlər, ya da onlara “dağ kəndindən gəlmisiniz, işıq, yol sizin nəyinizə lazımdır” deyilir. Kəndlilərin vəziyyətini bir tərəfdən də işığa olan borcları ağırlaşdırıb. Sakinlər deyir ki, bir çoxumuz oxuyub-yazmağı bacarmırıq. İşıq idarəsindən gələn məmurlardan biri onları aldadaraq qəbz vermədən pullarını alıb. Daha sonra həmin şəxsin dələduzluğu aşkarlanaraq işdən qovulsa da, sakinlərin ödədikləri pullar hesablanmayıb. İndi İşıq idarəsi kəndlilərdən borclarını tələb edir. Astara rayon Elektrik Şəbəkəsi Meydan TV-nin zənglərini açmayıb.