Astara Rayon Mərkəzi Xəstəxanası

Mənbə: Foto: google.az

Başlıq: Astara Rayon Mərkəzi Xəstəxanası

Astarada baş həkim işdən çıxarılıb

Həkimin İrandan gələn vətəndaşlara görə işdən çıxarıldığı deyilir

Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi işdən çıxarılıb.

“Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) bu xəbəri təsdiqləyib.

TƏBİB-dən bildirilib ki, Əlövsət Əliyev ötən gün tutduğu baş həkim vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Elnur Azadxanov təyin olunub.

Astara Rayon Mərkəzi Xəstəxanasından adının açıqlamasını istəməyən mənbə faktı Meydan TV-yə təsdiqləyib. Səbəbin iki gün öncə 2 nəfər İran vətəndaşının 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) koronavirus təhlükəsi ilə müraciət etməsi olduğunu söyləyib:

"Həmin şəxslər əvvəlcə Astara Rayon Mərkəzi Xəstəxanasında müayinə olunublar. İnfeksion şöbədə müayinə olunan şəxslərdə heç bir xəstəlik aşlarlanmadığından onları buraxıblar gedib. Sonradan həmin şəxslər Bakıda xəstəxanaya gediblər. Guya hərarətləri olub. Əslində isə olmayıb. Orda soruşublar: "Haradan gəlmisiniz?" Onlar da deyiblər ki, Astaradan. Bunu da TƏBİB-ə məlumat veriblər. Onlar da bu bəhanə ilə baş həkimi işindən kənarlaşdırdılar".

Mənbə deyir ki, halbuki baş həkimin heç bir günahı olmayıb. Xəstələrin gəlməsindən belə xəbəri olmayıb. İnfeksion şöbədə baxıb, buraxıblar.

Fevralın 24-də koronavirus şübhəsi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə 2 nəfər İran vətəndaşı müraciət etmişdi. Onlardan biri İranın Astara rayonunda işləyən Azərbaycan vətəndaşı, digəri isə Azərbaycana səfər edən İran vətəndaşı olub. Hər iki şəxs mərkəzə qəbul olunaraq müayinə edilib. Koronavirus əlamətləri aşkar edilməyib. Gətirilən şəxslərdən birinin hərarəti 37,1, digərində isə 37,3 dərəcə olub. Hər iki şəxs karantin nəzarətinə götürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/7suyw4

Ən çox baxılan