Astan Şahverdiyevdən növbəti açıqlama: Xalqdan üzr istəyirəm

”Xalqımın böyüklüyünə sığınıram”

Source:


”Xalqımın böyüklüyünə sığınıram”

Son bir həftənin müzakirəsinə çevrilən 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Astan Şahverdiyev növbəti açıqlamasını yayıb.

O, dekabrın 24-də

Azadlıq Radiosuna

verdiyi müsahibəsinə görə üzr istədiyini söyləyib.

Deputat modern.az-a səhvini başa düşdüyünü etiraf edib: “Mən Astan Şahverdiyev,

dekabrın 24-ü Azadlıq Radiosu

na verdiyim açıqlama və müxtəlif saytlarda yerləşdirilmiş materiallarda göstərilən məsələlərlə bağlı səhvimi başa düşürəm. Ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqımdan üzr istəyirəm”.

Deputat Astan Şahverdiyev müsahibəsindən sonra özünün və ailə üzvlərinin telefonlarına çox sayda zənglər, mesajlar gəlib. O, hətta bu mesajlarda təhqirlərə yol verildiyini iddia edir: “Məsələnin bu yerə qədər çatmasına təəssüf edirəm. Bu mənim məsələ ilə bağlı sonuncu açıqlamamdır, xalqımdan üzr istəyirəm, onların böyüklüyünə sığınıram”.


Dekabrın 22-si

Cəbrayıl rayonundan olan köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə etiraz olaraq aksiya keçirilib. Bu zaman polislə aksiya iştirakçıları arasında toqquşma baş verib.

Aksiyadan sonra deputat Astan Şahverdiyevin üzr istədiyi barədə məlumat yayılsa da, o, bunları

təkzib

edib üzr istəməyəcəyini bildirmişdi.  Ondan sonra onun qardaşı oğlu

Nemət Şahverdiyev

əmisinin içkili olduğunu söyləmişdi.

Ana səhifəXəbərlərAstan Şahverdiyevdən növbəti açıqlama: Xalqdan üzr istəyirəm