AŞPA sədri İlqar Məmmədovla görüşəcək

Pedro Aqramunt ReAl Hərəkatının həbsdəki rəhbəri İlqar Məmmədovla görüşəcək.

Source:
İlqar Məmmədov (Foto: Web arxiv)
İlqar Məmmədov (Foto: Web arxiv)
İlqar Məmmədov (Foto: Web arxiv)
İlqar Məmmədov (Foto: Web arxiv)

Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt ReAl Hərəkatının həbsdəki rəhbəri İlqar Məmmədovla görüşəcək.

Bu haqda P.Aqramunt APA-ya deyib.

O bildirib ki, İlqar Məmmədovla görüşməsi artıq təsdiq olunub:

“Ümid edirəm ki, heç bir problem çıxmaz. Bu, çox həssas bir məsələdir. Avropa İnsan Haqları Məhkəməsinin bununla bağlı qərarı da var. Ona görə də İlqar Məmmədov məsələsi bizim üçün vacibdir” deyə P.Aqramunt vurğulayıb.

İlqar Məmmədov 2013-cü il yanvarında İsmayıllıda kütləvi iğtişaşların təşkili ittihamı ilə həbs edilib.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2014-cü ilin mayında İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6-cı (təqsirsizlik prezumpsiyası hüququ) və 18-ci (hüquqların məhdudlaşdırılması hüdudları) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu etiraf edib.

AŞ Nazirlər Komitəsi bir neçə dəfə Azərbaycan hökumətini İlqar Məmmədovla bağlı Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb.

Ana səhifəXəbərlərAŞPA sədri İlqar Məmmədovla görüşəcək