AŞPA prezidenti hüquq müdafiəçiləri və media rəhbərləri ilə görüşüb

Arif Əliyev: ”Müzakirələr həbs olunan jurnalistlər və insan hüquqları müdafiəçiləri ətrafında getdi”

Source:
Pedro Aqramunt
Pedro Aqramunt
Pedro Aqramunt
Pedro Aqramunt


Arif Əliyev: ”Müzakirələr həbs olunan jurnalistlər və insan hüquqları müdafiəçiləri ətrafında getdi”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt fevralın 29-da Azərbaycana səfəri çərçivəsində bir qrup hüquq müdafiəçisi və media rəhbərləri ilə görüşüb.

Görüşdə ölkədə insan hüquqlarının və media azadlığının mövcud durumu ətrafında fikir mübadiləsi aprılıb.

P.Aqramunt AŞPA prezidenti kimi Bakıya ilk dəfə səfərə gəlib. P.Aqramunt bundan öncə AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi olub və Azərbaycanda dəfələrlə səfərdə olub.

Görüşdə iştirak edən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Meydan TV-yə bildirdi ki, təmasları mətbuat üçün olmadığından Pedro Aqramunt səslənən məsələlərin kənara çıxmasını istəmədi: “Ona görə də ümumi danışa bilərəm ki, müzakirələr həbs olunan jurnalistlər və insan hüquqları müdafiəçiləri ətrafında getdi. Eyni zamanda, cəmiyyətin Parlament Assambleyasından gözləntiləri barədə də danışıldı. AŞPA prezidenti bu gün parlament sədri Əsədov və prezident Əliyevlə görüşdə müzakirə olunan məsələləri qardıracağını dedi”.

Ana səhifəXəbərlərAŞPA prezidenti hüquq müdafiəçiləri və media rəhbərləri ilə görüşüb