Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye

Mənbə: Azertac

Başlıq: Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye

AŞPA prezidenti Bakıya gələcək

Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mori Paskye sentyabrın 11-12-də Azərbaycana səfər edəcək.

“Turan” İnformasiya Agentliyinin Avropa Şurasının Bakıdakı nümayəndəliyinə istinadən verdiyi xəbərə görə, Paskyenin Bakıda Azərbaycan prezidenti, parlamentin spikeri və xarici işlər naziri ilə görüşləri planlaşdırılıb.

Bundan başqa AŞPA prezidentinin Milli Məclisin bir sıra komitələrinin üzvləri və Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti ilə də görüşləri nəzərdə tutulub.

Sentyabrın 11-də günün ikinci yarısında Paskye Avropa Şurasının 70 illiyinə həsr edilən “Bizim hüquqlar, bizim azadlıqlar, bizim Avropa” mövzusunda dəyirmi masada iştirak edəcək.

Bu, yeni seçilmiş AŞPA prezidentinin Azərbaycana ilk səfəridir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/irr1dv

Ən çox baxılan