AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi hüquq müdafiəçiləri və media təmsilçiləri ilə görüşüb

Samir Kazmlı: ”Stefan Şennak həm də hər təşkilatın fəaliyyət istiqamətiylə maraqlandı”

Source:

Samir Kazmlı: ”Stefan Şennak həm də hər təşkilatın fəaliyyət istiqamətiylə maraqlandı”

Aprelin 6-da AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak hüquq müdafiəçiləri və media təmsilçiləri ilə görüşüb.

Bu barədə Meydan TV-yə məlumatı hüquq müdafiəçisi Samir Kazımlı verib. O, görüşün tanışlıq xarakteri daşıdığını deyib.

O bildirib ki, həmməruzəçiylə görüşdə Monitorinq Qrupunun üzvləri, Akif Qurbanov və digərləri olub: “Müzakirə predmeti insan haqlarının, qanunvericiliyin vəziyyəti və siyasi məhbuslar problemi ətrafında olub. Eyni zamanda, hər təşkilatın fəaliyyət istiqamətiylə maraqlandı”.

Elə həmin gün Stefan Şennak “Turan” İA-nin direktoru Mehman Əliyev, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, “Yeni nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyev və APA-nin baş direktoru Nurşən Quliyevlə görüşüb.

Görüşdə medianın və jurnalistlərin durumu, iqtisadi böhranın yaratdığı çətinliklər, ölkədə mətbuat, söz və ifadə azadlığının vəziyyəti və digər müzakirə olunub.

Ana səhifə ▸ Xəbərlər ▸ AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi hüquq müdafiəçiləri və media təmsilçiləri ilə görüşüb