Mənbə: Meydan Tv

AŞPA məruzəçisi penitensiar müəssisələrdə bir sıra siyasi məhbuslarla görüşüb

Xədicə İsmayılova: “Onun məhbus probleminin həllinə sistemli yanaşması hiss olunur”

AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Torhildur Sunna Evarsdottir Bakıya səfəri çərçivəsində penitensiar müəssisələrdə bir sıra məhbusla görüşüb.

Məruzəçi Bakıya səfəri sentyabrın 5-7 tarixlərində edib.

O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınmış jurnalist Əfqan Muxtarlı, “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadə, onun köməkçisi Abbas Hüseynov və Səid Dadaşbəyli ilə görüşüb.

Siyasi məhbusların vahid siyahısının tərtib edilməsi üzrə işçi qrupun üzvü, araşdırmaçı jurnalist Xədicə İsmayılova “Turan” İnformasiya Agentliyinə bildirib ki, "məruzəçinin siyasi məhbus probleminin həllinə sistemli yanaşması hiss olunur.

X.İsmayılovanın sözlərinə görə, Evarsdottir azad edilən siyasi məhbusların yerinə başqalarının həbs edilməsi kimi pis təcrübəyə son verilməsi zərurətini başa düşür.

Məruzəçinin səfərin yekunlarına dair bəyanatla çıxış edəcəyi gözlənilir. AŞPA məruzəçisi səfər çərçivəsində Azərbaycan rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə də görüşlər keçirib. Azərbaycan hüquq müdafiəçilərinin son məlumatına görə, ölkə həbsxanalarında 120-yə yaxın siyasi məhbus saxlanılır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/z2ic2d

Ən çox baxılan