AŞPA həmməruzəçiləri ”Turan” İA-nin ofisində olublar

Onlar cinayət işinə xitam veriləcəyinə, agentliyin fəaliyyətini bərpa edə biləcəyinə ümidlərini ifadə ediblər

Source:
Mehman Əliyev
Mehman Əliyev


Onlar cinayət işinə xitam veriləcəyinə, agentliyin fəaliyyətini bərpa edə biləcəyinə ümidlərini ifadə ediblər

Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şenak və Florin Preda sentyabrın 15-də “Turan” İnformasiya Agentliyinin ofisində olublar.

Onlar sentyabrın 11-də həbsdən azad edilmiş Mehman Əliyevlə görüşüblər.

Məlumatı “Turan” İA yayıb.

“Vergilər Nazirliyi tərəfindən “Turan”-a qarşı araşdırmanın başladıldığı ilk günlərdən biz Azərbaycanda müstəqil və səhih informasiya mənbəyi hesab olunan agentliyə dəstəyimizi ifadə etmişik”, deyə Stefan Şenak bildirib.

Həmməruzəçilər “Turan” İA-nin rəhbərinə qarşı qətimkan tədbirinin dəyişdirilməsindən məmnunluqlarını və cinayət işinə xitam veriləcəyinə, agentliyin fəaliyyətini bərpa edə biləcəyinə ümidlərini ifadə ediblər.

Mehman Əliyev həmməruzəçilərə, habelə bütünlükdə Avropa Şurasına agentliyə göstərdikləri dəstəyə və həbsdən azad edilməsi üzrə səylərinə görə minnətdarlıq edib.

Görüşdə Azərbaycanda KİV və vətəndaş cəmiyyəti sahəsində vəziyyət, habelə gələcəkdə agentliyin fəaliyyət perspektivləri və inkişafı haqqında fikir mübadiləsi aparılıb.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) sentyabrın 13-17-də Azərbaycanda səfərdə olacaqlar.

Səfər zamanı həmməruzəçilərin rəsmi və digər səviyyədə görüşləri gözlənilir.

Ana səhifəXəbərlərAŞPA həmməruzəçiləri ”Turan” İA-nin ofisində olublar