AŞPA həmməruzəçiləri Azərbaycana gəlir

Onlar 90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkilərinin monitorinqini keçirəcəklər

Source:


Onlar 90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkilərinin monitorinqini keçirəcəklər

AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Şennak (Avstriya) və Sezar Florin Preda (Rumıniya) iyunun 15-17-də Azərbaycanda olacaqlar.

AŞPA-nın məlumatında deyilir ki, onlar prezident, parlament sədri, baş prokuror, ədliyyə naziri və MSK rəhbəri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvləri ilə görüş keçirəcəklər.

Bundan əlavə, vətəndaş cəmiyyəti, KİV, parlamentdənkənar müxalifət partiyalarının təmsilçiləri, həmçinin Bakıdakı beynəlxalq birliklərin nümayəndələri ilə görüşəcəklər.

Belçikalı deputat Alen Destex də Şennak və Predaya qoşulacaq. Onlar birlikdə 90 saylı Ağdaş seçki dairəsində təkrar parlament seçkilərinin monitorinqini keçirəcəklər.



Turan İA

Ana səhifəXəbərlərAŞPA həmməruzəçiləri Azərbaycana gəlir