AŞPA-dan müşahidəçilər gəlir

Nümayəndə heyəti sentyabrın 25-nədək bir sıra görüşlər keçirəcək.

Source:

Nümayəndə heyəti sentyabrın 25-nədək bir sıra görüşlər keçirəcək.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda parlament seçkilərini müşahidə edəcək missiyası sentyabrın 22-də Bakıya gəlir.

Azadlıq Radiosunun məlumatına görə, nümayəndə heyətinə İspaniyadan olan Jordi Xuclà rəhbərlik edir. Qrupa Almaniyadan Franck Schwabe, Makedoniyadan Aleksandar Nikoloski, İspaniyadan Agustín Conde və Türkiyədən Egemen Bağış daxildir.

Agustín Conde həm də Azərbaycan üzrə həmməruzəçidir.

AŞPA-nın məlumatına görə, səfərdə məqsəd seçki ərəfəsi ölkədəki siyasi mühiti qiymətləndirməkdir.

Nümayəndə heyəti sentyabrın 25-nədək bir sıra görüşlər keçirəcək.

Azərbaycanda növbəti parlament seçkisi bu il noyabrın 1-nə təyin edilib.

Ana səhifəXəbərlərAŞPA-dan müşahidəçilər gəlir