AŞPA-da yeni sənəd: Rəhbərlər barədə impiçment qərarı verilə bilər

Azərbaycanın nümayəndə heyəti sənədin əleyhinə səs verib

Source:


Azərbaycanın nümayəndə heyəti sənədin əleyhinə səs verib

İyunun 27-də Avropa Şurası Parlament Assambleyasında

tarixi sənəd

qəbul olunub.

Sənədə əsasən qurumun prezidenti, vitse-prezidentləri və komitə rəhbərləri barədə impiçment qərarı verilə bilər.

Bu barədə hüquq müdafiəçiləri Anar Məmmədli və Rəsul Cəfərov məlumat yayıblar.

Bildirilir ki, qətnamə layihəsinə Avropa Şurası  Venesiya Komissiyası da müsbət rəy verib:

“Məsələnin müsbət tərəfi budur ki, indiyədək daxili intizam qaydası AŞPA-da mövcud deyildi”.

R.Cəfərov yazıb ki, dəyişiklik postundan istefa verməyən Pedro Aqramuntu vəzifədən kənarlaşdırmaq üçün addım sayılır.

Dəyişikliyin lehinə 154 nəfər, əleyhinə 30 nəfər,13 nəfər isə bitərəf qalıb.

Azərbaycan nümayəndə heyətinin bütün üzvləri sənədin əleyhinə səs verib.

Ana səhifəXəbərlərAŞPA-da yeni sənəd: Rəhbərlər barədə impiçment qərarı verilə bilər