AŞPA-da işğal edilmiş ərazilər haqqında qətnaməsini qəbul edilmədi

Norveçli deputat Mogens Yensen: “Ermənistan tərəfi onu Ermənistana və Dağlıq Qarabağa buraxmayıb”

Source:


Norveçli deputat Mogens Yensen: “Ermənistan tərəfi onu Ermənistana və Dağlıq Qarabağa buraxmayıb”

Strasburqda AŞPA-nın bugünki iclasında deputatlar səs çoxluğu ilə (66 lehinə, 71 əleyhinə) Britaniyalı deputat Robert Uolterin “Dağlıq Qarabağda və Azərbaycanın digər işğal edilmiş ərazilərində zorakılığın artması” adlı qətnaməsini qəbul etməyiblər.

Uolter artıq deputat olmadığı üçün sənədi Norveçli deputat Mogens Yensen təqdim edib, o xatırladıb ki, Ermənistan tərəfi onu Ermənistana və Dağlıq Qarabağa buraxmayıb.

Sənədə Fransa, Macarıstan, İsveç və Almaniyadan olan bir sıra deputatlar etiraz edib. Sənədin əleyhinə səs verməyə səbəb kimi sənədin birtərəfli olmasından, Azərbaycanda demokratiyanın pozulmasından və balansa riayət etmək zərurətindən bəhs edilib.

Məruzədə “Ermənistan silahlı qüvvələrinin və digər qeyri-müntəzəm birləşmələrin Dağlıq Qarabağdan və Azərbaycanın digər işğal edilmiş ərazilərindən çıxarılması” çağırışı, hər iki ölkə hakimiyyətinə hərbi gücdən istifadədən çəkinmək çağırışı, ATƏT-ə Dağlıq Qarabağda təhlükəsizliyi təmin etmək üçün beynəlxalq sülhməramlı qüvvələr yaratmaq, məcburi köçkünlərin təhlükəsiz şəkildə qayıtmasını təmin etmək, habelə atəşkəs rejiminin pozulması hallarının araşdırılması mexanizmi yaratmaq çağırışı yer alırdı.



Turan İA

Ana səhifəXəbərlərAŞPA-da işğal edilmiş ərazilər haqqında qətnaməsini qəbul edilmədi