AŞPA Azərbaycanla bağlı qalmaqalda adı hallanan 14 deputata ömürlük qadağa qoyub (yenilənib)

Siyahıda Gültəkin Hacıbəyli, Müslüm Məmmədov, Elxan Süleymanovun adı var

Source:
AŞPA
AŞPA


***


Sabiq deputat, Milli Məclisin AŞPA nümayəndə heyətinin sədrinin keçmiş müavini Gültəkin Hacıbəyli AŞPA-dan iyunun 28-də məktub alıb.


Bu barədə Meydan TV-yə danışan G.Hacıbəyli deyib ki, istintaq qrupu ona məktubu Azərbaycan nümayəndə heyətinin katibliyinə göndərib, amma katiblik məktubu ona verməyib:


“Bu qurum özbaşına qərar verə bilməzdi. Məktubun mənə çatdırılmaması qərarının Səməd Seyidov, daha yuxarı səviyyədə verildiyi haqda məlumatsızam. Amma istənilən halda Səməd Seyidov bu işin içindədir. Burada Avropa Şurasının da məsuliyyəti var. Azərbaycan hökumətinə müxalif olan adama məktubu nümayəndə heyətinin katibliyi vasitəsilə göndərirlər”.


G.Hacıbəyli deyib ki, haqqındakı qərarın ləğvinə və Azərbaycan nümayəndə heyətinin cəzalandırılması istiqamətində çalışacaq:


“Mən sona qədər gedəcəm. Çünki bu hadisə nüfuzuma zərbədir. Mən Azərbaycan nümayəndə heyətindən çox AŞ PA-nı sorğulayacam. Necə olur ki, 2012-13-cü illərdə pulların deputatlara paylandığı zaman nümayəndə heyətinin üzvləri istintaqa cəlb olunmur, amma 2010-cu ildən sonra AŞ PA-ya getməyən bir şəxs olaraq, mənə cəza verilir? Hətta bu cəza Səməd Seyidova da verilməyib. Mənə ömürlük AŞ PA-ya giriş qadağan edilib. Səbəb guya suallara cavab verməməyimdir. Halbuki, məktub məndən gizlədilib. Bu, hakimiyyətin mənə qarşı təxribatıdır, hətta istintaqa cəlb olunmağım belə təxribatdır”.


***


Siyahıda Gültəkin Hacıbəyli, Müslüm Məmmədov, Elxan Süleymanovun adı var

AŞ PA-nın Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi 15 keçmiş üzvü haqda qərar qəbul edib.

Bu barədə AŞ PA iyunun 27-də məlumat yayıb.

Qərara əsasən, Azərbaycanı assambleyada vaxtilə təmsil edən Elxan Süleymanova, Müslüm Məmmədova və sabiq deputat, Gültəkin Hacıbəyliyə Avropa Şurası və Parlament Assembleyası binalarına və tədbirlərinə ömürlük giriş qadağası qoyulub.

Siyahıda adı keçən 15 nəfərdən yalnız Azərbaycan üzrə keçmiş həmməruzəçi, isveçrəli deputat Andres Qross avropalı deputatların pulla ələ alınması məsələsində günahkar sayılmayıb.

Azərbaycanı təmsil edən deputatlardan başqa, Azərbaycanda seçkilər üzrə məruzəçi, ispan Avqustin Konte, Azərbaycanda insan haqları üzrə məruzəçi, belçikalı Alan Desteks, monitorinq komitəsinin həmsədri, polşalı Tadeuş İvinski, monitoinq komitəsinin keçmiş sədri, isveçli Qoran Lindblad, AŞPA-nın keçmiş vitse-prezidenti, italyan Luka Volonte, Finlandiyadan deputat Yakko Laakso, Belçikadan olan deputat Ştef Qoris, Norveçdən Karin Voldset, Sloveniyadan Zmago Jeliniç Plemeniti, alman Karin Ştrens, Eduard Litner ömürlük olaraq Avropa Şurası və Parlament Assambleyasının binalarına və tədbirlərinə girişə qadağa ilə cəzalandırılıblar.

Hüquq müdafiəçisi Rəsul Cəfərov Meydan TV-yə Avropa Şurası Parlament Assambleyasının qərarının gözlənilən olduğunu bildirib.

O, deyir ki, Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi bir müddət əvvəl Pedro Aqramunta, Səməd Seyidova və digərlərinə sanksiyalar tətbiq etmişdi:

“Ötən il aprel ayında AŞ PA müstəqil istintaq qrup təsis etmişdi, məqsəd assambleyada korrupsiya ittihamlarını araşdırmaq idi. Araşadırma bitəndən sonra bu ilin aprelin istintaq qrupu 200 səhifədən ibarət hesabat yaydı. Sanksiya tətbiq edən Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsi hesabatda adları keçən indiki və keçmiş AŞ PA üzvləri barda fərqi qaydada qərarlar qəbul edir. Aprel sessiyasında dörd nəfər barəsində analoji qərar qəbul edilmişdi, Səməd Seyidova 2 il, Pedro Aqramunta 10 il, o cümlədən, başqa iki deputat. Adları keçənlər səsvermə hüququndan məhrum olunub. Eyni zamanda, 20-dən artıq işə baxıb, onlardan 14-ü barədə qərar çıxarıb. Yəni haqlarında qərar qəbul edilənlər bəraət almayacaqları təqdirdə heç zaman AŞ PA üzvü ola bilməzlər. Məsələn, Azərbaycan parlamenti Elxan Süleymanovu yenidən AŞ PA-ya göndərmək istəsə, bu, mümkün olmayacaq. Həm də qərarda araşdırmaların davam etdiyi və növbəti iclaslarda komitə indiki və sabiq AŞ PA üzvlər haqda qərarların qəbul olunacağı qeyd olunur”.

Gültəkin Hacıbəylinin adına gəlincə, Rəsul Cəfərov deyib ki, Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsinin yaydığı məlumata əsaslana bilər, Gültəklin Hacıbəyli haqda 20-dən artıq şəxs barədə olduğu kimi ümumi məlumat gedib:

“Onun adı digərləri kimi etik kodeksin kiçik formada pozulmasında hallanıb. Gültəkin xanıma ittihamlarla bağlı mövqeyini ifadə etmək üçün müraciət edilib, yazılı açıqlama vermək xahiş olunub. Amma 9-cu bənddə ondan heç bir cavab gəlmədiyi, əlavə şərhlər də verilmədiyi bildirilib. Nəticədə onun assambleyanın binalarına, tədbirlərinə girişinə qadağa qoyulub. Qərarın 13-cü bəndində keçmiş deputat Celincic Beminidzenin adı keçir, ona Böyük Britaniya ofşor şirkəti tərəfindən 2017-ci ilin iyununda 25 min avro pul göndərilib. Özü də Azərbaycanda seçkilərin pozitiv təqdim etdiyinə görə, yəni bənddə detalları da yazılıb. Sabiq deputat bu barədə suallar göndərilib. Həmin deputat suallara cavab verə bilmədyindəın sanksiyaya məruz qalıb. Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsinin qərarının 15, 17, 19, 23, 27 və digər bəndlərində sanksiya tətbiq edilən şəxslər ya Azərbaycandakı seçkilərin, ya Azərbaycanın maraqlarına etikadan kənar cavab verən addımlar atdığına görə”.

Rəsul Cəfərov düşünür ki, Prosedur Qaydaları, İmmunitetlər və İnstitusional Əlaqələr Komitəsinin qərarı son deyil, ardı gələcək.

Gültəkin Hacıbəyli Meydan TV-ə bildirib ki, ona bu barədə heç bir sual göndərilməyib.

Ana səhifəXəbərlərAŞPA Azərbaycanla bağlı qalmaqalda adı hallanan 14 deputata ömürlük qadağa qoyub (yenilənib)