AŞNK İlqar Məmmədovla bağlı qərar qəbul etdi

”İlqar Məmmədovun azadlığa buraxılmaması Avropa İnsan Haqları Konvensiyasının 46.1-ci maddəsinin pozulmasıdır”

Source:
AŞ NK
AŞ NK


”İlqar Məmmədovun azadlığa buraxılmaması Avropa İnsan Haqları Konvensiyasının 46.1-ci maddəsinin pozulmasıdır”

Sentyabrın 20-21 tarixlərində Avropa Şurası Nazirlər Komitəsinin (NK) növbəti iclası keçirilib. İclasda səs çoxluğu ilə ReAL Hərəkatının sədri İlqar Məmmədovla bağlı yeni qərar qəbul edilib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

Qərarda göstərilir ki, İlqar Məmmədovun azadlığa buraxılmaması Avropa İnsan Haqları Konvensiyasının 46.1-ci maddəsinin (Avropa Məhkəməsi qərarlarının mütləq icrası öhdəliyi) pozulmasıdır.

Qurum Azərbaycan hökumətini könüllü olaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə çağırır. Qərarda Azərbaycan hökumətinin bu məsələ ilə bağlı Nazirlər Kabinetinə heç bir məlumat verməməsindən narahatlıq ifadə olunur və Ali Məhkəmənin REAL sədrinin işinə ağlabatan müddətdə baxaçağına ümid ifadə edilir.

Qərarı öz “Facebook” səhifəsində şərh edən hüquq müdafiəçisi Rəsul Cəfərov yazır ki, Nazirlər Komitəsi İlqar Məmmədovun işi üzrə 46-cı maddəyə ilk dəfədir istinad edir: “Bu maddənin 4-cü bəndi qərarın icrasından qəsdən boyun qaçıran ölkə barəsində addımların atılması üçün məhkəməyə sorğunun göndərilməsini nəzərdə tutur. Məhkəmədən təsdiq aldıqdan sonra qərarı icra etməyən ölkəyə qarşı Avropa Şurası daxili sanksiyaların tətbiqi reallaşır. Yəni başqa sözlə desək, Nazirlər Kabineti mesajını verir ki, qərar icra edilməsə, gec, ya tez bu sanksiyaya gətirib çıxaracaq”.

Ilgar Mammadov
İlqar Məmmədov

İlqar Məmmədov 2013-cü ilin fevralın 4-də İsmayıllı rayonunda etirazların təşkilində ittiham olunaraq həbs edilib. Məhkəmə onu Cinayət Məcəlləsinin 221 (xuliqanlıq) və 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ittiham edərək 2014-cü ilin martın 17-də 7 il azadlıqdan məhrum edib.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bu həbsləri siyasi sifariş sayır. Avropa İnsan Hüquqları Məhkəməsi 2014-cü il mayın 22-də İlqar Məmmədovla bağlı qərar qəbul edib. Qərar oktyabrın 13-də qüvvəyə minib. Avropa Məhkəməsinin qərarına görə –  İlqar Məmmədovun Avropa İnsan Haqları Konvensiyanın 5.1 və 5.4 maddəsi (azadlıq hüququ), 6.2 (təqsirsizlik prezumpsiyasi) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) maddələrinin pozulmasını tanıyıb.

Ana səhifəXəbərlərAŞNK İlqar Məmmədovla bağlı qərar qəbul etdi