Aslan İsmayılov: Mənə qarşı xalqın nifrət obyekti olan birindən istifadə olunur

“Hafiz Hacıyev özbaşına deyil ki…”

Foto: Meydan TV


“Hafiz Hacıyev özbaşına

deyil

ki…”

Avqustun 21-də Bakı Apelyasiya Məhkəməsində hakim Vaqif Mursaqulovun sədrliyilə keçmiş vəkil Aslan İsmayılovun şikayətinə baxılıb. Apelyasiya şikayəti Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında Səbail Rayon Məhkəməsinin çıxardığı hökmdən verilib.

Hökmə əsasən, A.İsmayılov sosial şəbəkələrdə H.Hacıyevin ünvanına yazdığı “canlı” və buna bənzər ifadələrlə onu təhqir etməkdə təqsirli bilinib.

Hüquqşünas Cinayət Məcəlləsinin 148-ci maddəsilə 1500 manat cərimələnib.

Apelyasiya şikayəti üzrə nə ilkin baxış, nə də bugünkü məhkəmə iclasına H.Hacıyev gəlib.

A.İsmayılov bunu H.Hacıyevin arxayınlığıyla izah edib:

“Əmindir ki, bu instansiya da sifarişli və qərəzli hökmü qüvvədə saxlayacaq. Hafiz Hacıyev özbaşına deyil ki… Ona deyəndə ki, “get” – gedəcək”.

A.İsmayılov haqqındakı hökmün qanunsuz və əsassız olduğunu, sifarişlə çıxarıldığını deyib. Hüquqşünas sifarişçilər kimi, prezidentin köməkçisi Əli Həsənovu və ədliyyə naziri Fikrət Məmmədovu ittiham edir. Qeyd edir ki, ona qarşı təzyiq məqsədilə H.Hacıyev kimi birisindən istifadə olunmasına təəssüflənir:

“Təəssüf ki, xalqın nifrət obyekti olan birisindən ölkədə özünə görə hörməti olan hüquqşünasa qarşı istifadə olunur. Onun iddiasıyla hökm çıxarılır”.

Bakı Apelyasiya Məhkəməsi hüquqşünasın şikayətini təmin etməyib. A.İsmayılov qərardan Ali Məhkəməyə şikayət edəcək.

Ana səhifəXəbərlərAslan İsmayılov: Mənə qarşı xalqın nifrət obyekti olan birindən istifadə olunur