Aslan İsmayılov Binəqədi Rayon Məhkəməsinə etiraz edib

Hüquqşünas çəkişmənin başqa məhkəmədə keçirilməsini istəyir

Source:
Hüquqşünas Aslan İsmayılov
Hüquqşünas Aslan İsmayılov

Hüquqşünas çəkişmənin başqa məhkəmədə keçirilməsini istəyir

Hüquqşünas, “Viza” hüquq firmasının rəhbəri Aslan İsmayılov məhkəmə çəkişməsinin qanun çərçivəsində Binəqədi Rayon Məhkəməsindən başqa məhkəməyə keçirilməsini tələb edib.



Turan

” yazır ki, A.İsmaylov by barədə avqustun 1-də məhkəmə iclası başlamazdan öncə hakim Mirhüseyn Heydərova bildirib. Belə ki, məhkəmə iclasında Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin 2017-ci il oktyabrın 16-da polis tərəfindən qaldırılmış 221-ci maddə (xuliqanlıq) üzrə cinayət işi çərçivəsində şikayətinə baxılacaq.

R.Əliyev bildirib ki, oktyabrın 2-də məhkəmə iclası zamanı A.İsmayılov xuliqanlıq törədib.

A.İsmayılov xuliqanlıq faktını inkar edərək iddiaçının işi saxtalaşdırdığını deyib. O, buna sübut kimi bildirib ki, polisə şikayət haqda materiallar hələ 2017-ci il oktyabrın 1-də Binəqədi Rayon Məhkəməsinin işçiləri tərəfindən hazırlanıb.

İclas başlamazdan öncə A.İsmayılov işin başqa məhkəməyə verilməsini tələb edərək zalı tərk etmək istəyib. Ancaq onun zalı tərk etməsinə imkan verilməyib.

“Bununla bağlı tələb etmişəm ki, mənə qarşı həbs-qətiimkan tədbiri seçilsin ki, bu da işə məcburi qanunsuz baxılma kimi qeydə alınacaq”, – A.İsmayılov Turan-a bildirib.


İyulun 31-də

Səbail Rayon Məhkəməsi hüquqşünası 1 il 6 ay müddətinə islah işlərinə məhkum edib.

İyulun 4-də də həmin məhkəmə instansiyası Aslan İsmayılovu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevə görə 1500 manat cərimələmişdi.

Ana səhifəXəbərlərAslan İsmayılov Binəqədi Rayon Məhkəməsinə etiraz edib