Şəmkirin sabiq icra başçısı, kənd təsərrüfatı nazirinin keçmiş müavini Aslan Aslanov Vəkillər Kollegiyasına şikayət məktubu yazıb.
Aslan Aslanov Lamiyə Quliyevanın keçmiş nişanlısı, hazırda ömürlük həbsdə olan Vüqar Əliyevin vəkili Adəm Məmmədovun cəzalandırılmasını tələb edir. Bu barədə musavat.com yazıb. Vəkil sayta açıqlamasında məlumatı təsdiqləyib. Deyib ki, A.Aslanovun ərizəsi haqda ona məlumat veriblər: “Aslan Aslanov Vəkillər Kollegiyasına barəmdə şikayət ərizəsi göndərib. Yazır ki, guya mən onun şərəf və ləyaqətini alçaldan hərəkətlər etmişəm”.